Türkiyədə seçki mitinqində gözlənilməz olay: Prezidentliyə namizədi şok etdilər

© AFP 2023 / ADEM ALTANMəhərrəm İncə
Məhərrəm İncə - Sputnik Azərbaycan
Abunə olmaq
Məhərrəm İncə prezident olduğu zaman cütlüklə qəhvə içməyə söz verib

BAKI, 23 iyun — Sputnik. Türkiyədə prezidentliyə namizəd Məhərrəm İncənin Ankaradakı böyük mitinqində sürpriz ziyarət baş verib.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, axşam saatlarında nikahları olacaq cütlük Məhərrəm İncəyə dəstək olmaq üçün böyük Ankara mitinqinə gəlib. Gəlinlik geyimində mitinqə gələn qadın Məhərrəm İncənin təəccübünə səbəb olub.

© Photo : SozcuYeni evlənən cütlük mitinqə qatıldı
Yeni evlənən cütlük mitinqə qatıldı - Sputnik Azərbaycan
Yeni evlənən cütlük mitinqə qatıldı

"Mitinqimə uşaqlar, xəstələr, fiziki məhdudiyyəti olan qardaşlarım gəlmişdi, amma gəlinlə bəyin gəlməsi ilk dəfə oldu. Şoka düşdüm. Məni çox xoşbəxt etdiniz. Allah sizi xoşbəxt eləsin. Gəlinlə bəyin telefon nömrəsini alın dostlar. Prezident olduğum zaman onlara qəhvə içməyə gedəcəyəm" deyən İncə cütlüyün telefon nömrəsini alıb.

Xəbər lenti
0