23:00 16 Dekabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0256
  • EUR1.9314
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə azərbaycanlı həmkarı Elmar Məmmədyarov arasında ikitərəfli görüş

"Məni tez-tez Elmar Məmmədyarovla səhv salırlar"

© Sputnik / Murad Orujov
DÜNYA
Qısa URL
87410

Türk nazirin sözlərinə görə, Məmmədyarovun da Çavuşoğlu olduğunu düşünüb suallar verənlər olur

BAKI, 21 iyun — Sputnik. Məni tez-tez Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla səhv salırlar. Sputnik Azərbaycan xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu "Vatan" qəzetinə müsahibəsində bildirib. 

"Xarici görünüşcə biz Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla çox oxşayırıq. Bizi tez-tez səhv salırlar. Tədbirlərdən birində mənə Azərbaycanla bağlı suallar verirdilər", — deyə Çavuşoğlu qeyd edib.

Türk nazirin sözlərinə görə, Məmmədyarovun da Çavuşoğlu olduğunu düşünüb suallar verənlər olur: "Bir dəfə ona Türkiyə barədə sual veriblər. Düşünüblər ki, o, Türkiyənin xarici işlər naziridir".

Əlaqədar

“Avropada hədəf müsəlmanlardır” – Çavuşoğlu sərt danışdı
Çavuşoğlu ABŞ-a gedir
Çavuşoğlu rus dilində danışdı - VİDEO
Lavrov-Çavuşoğlu görüşü yekunlaşdı, ortaq məqsəd açıqlandı

Əsas mövzular