Bütün dünyanın qeyd etdiyi musiqi bayramı

Abunə olmaq
Bu gün həm professional, həm də həvəskar musiqiçilər şəhərlərin küçələrində "Musiqi yaradın" devizi altında çıxış edirlər

BAKI, 21 iyun — Sputnik. Bu gün Ümumdünya Musiqi Günü qeyd olunur.

Bu ideya 1976-cı ildə amerikalı musiqiçi Coel Koen tərəfindən irəli sürülüb. O, yay gecə-gündüz bərabərliyini qeyd etmək üçün iyunun 21-dən 22-nə keçən gecə musiqi festivalı keçirməyi təklif edib. Fransalı bəstəkar Moris Flöre 1981-ci ildə mədəniyyət və kommunikasiyalar naziri Jak Lanqa bu barədə məlumat verib. 1982-ci ildə Parisdə Musiqi bayramı keçirilib. Tədricən bu bayram beynəlxalq xarakter alıb. Hazırda Dünya Musiqi Günü dünyanın 100-dən çox ölkəsində qeyd olunur.

Bu gün həm professional, həm də həvəskar musiqiçilər şəhərlərin küçələrində "Musiqi yaradın" devizi altında çıxış edirlər. Bir çox şəhərlərdə açıq havada pulsuz konsert proqramı təşkil edilir.

Xəbər lenti
0