İllərlə xəstə olan qadını görün necə xilas etdilər

© Photo : INSIDEKeti Uilson
Keti Uilson - Sputnik Azərbaycan
Abunə olmaq
Qadın onun həyatını dəyişən santexnika ustalarına ömrünün sonuna qədər minnətdar olacağını bildirib

BAKI, 21 iyun — Sputnik. Həkimlər halsızlıq və yatmaq istəyi səbəbindən evdən çıxa bilməyən Keti adlı qadının xəstəliyini müəyyən edə bilmirlərmiş. Amma bir gün onun bütün həyatı dəyişir.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, Ketinin vəziyyəti gün keçdikdə ağırlaşırmış. Qadın bütün gününü yatmaqla keçirirmiş və vəziyyəti hər keçən gün pisləşirmiş. Həkimlərə müraciətləri də nəticəsiz qalırmış. Heç bir həkim və heç bir dərman Ketiyə yardım etmirmiş.

Qadın 10 il həyatını belə davam etdirib. Bir gün hamam otağını yeniləməyi düşünən Keti evinə iki santexnika ustası çağırıb. Təmir zamanı ustalar sobanın düzgün quraşdırlmadığını və bunun nəticəsi olaraq evə hamamdan azacıq qaz sızdığını bildiriblər. Onların sözlərinə görə, qaz sızması az olduğu üçün 10 il müddətində qadını öldürməyib, amma xəstə edəcək qədər təsir göstərib.

Soba düzgün quraşdırıldıqdan sonra qadın normal həyata qayıdıb.

Keti, onun həyatını dəyişən santexnika ustalarına ömrünün sonuna qədər minnətdar olacağını bildirib.

Xəbər lenti
0