23:15 13 Dekabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0256
  • EUR1.9322
Rusiyanın Çeboksar şəhərində yol qəzası

Avtomobil 7 yaşlı uşağı vurub bir neçə metr kənara atdı - VİDEO

© Photo: Видео НА-СВЯЗИ.ru
DÜNYA
Qısa URL
180 0 0

Sürücünün yanındakı qadın isə əşyalarını götürərək olay yerini tərk edir

BAKI, 21 iyun — Sputnik. Rusiyanın Çeboksar şəhərində sürücü 7 yaşlı oğlanı vurduqdan sonra Təcili Yardım çağırmaq əvəzinə onu ayağa qaldırmağa çalışıb.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, iyunun 19-da baş verən hadisə müşahidə kameraları tərəfindən qeydə alınıb. Videodan görünür ki, velosipedi sürətlə sürən oğlan əsas yola çıxır. Bu zaman yüksək sürətlə hərəkət edən avtomobil onu vuraraq, bir neçə metr kənara atır.

19 yaşlı gənc sürücü avtomobildən düşür və uşağı ayağa qaldırmağa çalışır. Sonra isə hadisə yerindən bir neçə metr kənarlaşdırır. Sürücünün yanındakı qadın isə əşyalarını götürərək olay yerini tərk edir.

Uşaq respublika kliniki xəstəxanasına yerləşdirilib. Onun vəziyyəti ağır olaraq qiymətləndirilir. Hüquq mühafizə orqanları hadisəni araşdırır.

Teqlər:
velosiped, uşaq, avtomobil, qəza, Rusiya

Əsas mövzular