Gürcüstanın yeni hökuməti təsdiq olundu: Yeni kabinetdə kimlər var?

© Photo : FB / Giorgi AbdaladzeМамука Бахтадзе
Мамука Бахтадзе - Sputnik Azərbaycan
Abunə olmaq
Yeni hökumətdə maliyyə, iqtisadiyyat və xarici işlər nazirləri dəyişib

BAKI, 20 iyun — Sputnik. Gürcüstan parlamenti növbədənkənar sessiyasında Mamuka Baxtadzenin başçılıq edəcəyi yeni hökumətin tərkibini təsdiq edib.

Sputnik Gürcüstan xəbər verir ki, yeni Nazirlər Kabinetini və hökumət proqramını 99 deputat dəstəkləyib. 6 deputat hökumətin əleyhinə səs verib.

Yeni hökumətdə maliyyə, iqtisadiyyat və xarici işlər nazirləri dəyişib.

Baxtadze bundan əvvəl çıxış edərək, yeni hökumət tərkibinin müvəqqəti olduğunu bildirib. Onun sözlərinə görə, tezliklə nazirlərin sayının 14-dən 11-ə qədər azaldılmasını nəzərdə tutan təşəbbüslə çıxış edəcək və yeni Nazirlər Kabineti təqdim olunacaq.

Qeyd edək ki, yeni xarici işlər naziri David Zalkalianidir. Maliyyə naziri postunu Nikolaz Qaqua, iqtisadiyyat naziri postunu isə Georgi Çerkezişvili tutub.

Xatırladaq ki, Gürcüstanın keçmiş hökuməti Tbilisidə və digər şəhərlərdə keçirilən etiraz aksiyalarından sonra istefaya gedib.

Xəbər lenti
0