Yüksək rütbəli hərbçi Ermənistana səfir göndərildi

© Sputnik / Asatur YesayantsПлощадь Республики в Ереване, фото из архива
Площадь Республики в Ереване, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Litvin son illər Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının 8-ci Ordu Korpusuna rəhbərlik edib

BAKI, 20 iyun — Sputnik. Ukrayna prezidenti Pyotr Poroşenko Ermənistana yeni səfir göndərib. Sputnik Ermənistan xəbər verir ki, Litvin Pyotr Mixayloviç bu ölkəyə səfir təyin edilib.

Litvin son illər Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının 8-ci Ordu Korpusuna rəhbərlik edib. O, həmçinin Ukraynanın şərqində, Donbasda baş tutan hərbi əməliyyatlarda iştirak edib.

Pyotr Litvinin böyük qardaşı 2008-2012-ci illərdə Ukrayna Ali Radasının spikeri olub. Onun digər qardaşı Nikolay Litvin isə Ukrayna ordusunun generalıdır, 2003-2014-cü illərdə Ukrayna Dövlət Sərhəd Xidmətinə rəhbərlik edib.

Xəbər lenti
0