20:27 22 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0695
DÜNYA
Qısa URL
439 0 0

İki "F-35" tipli qırıcı təyyarə ayın 21-də Türkiyəyə təhvil veriləcək

BAKI, 20 iyun — Sputnik. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bəyan edib ki, Türkiyə ABŞ Konqresinin etirazlarına baxmayaraq, artıq sabah ilk "F-35" tipli qırıcıları alacaq. Sputnik Azərbaycan xəbər verir ki, bunu nazir NTV telekanalına müsahibəsində bildirib.

"İki "F-35" tipli qırıcı təyyarə ayın 21-də bizə təhvil veriləcək. Bununla bağlı xüsusi mərasim baş tutacaq" — deyə nazir vurğulayıb.

Qırıcı təyyarələrin istehsalçısı "Lockheed Martin Corporation" şirkəti də Türkiyə tərəfinə "F-35" qırıcılarının ilk partiyasını çatdırmağa hazır olduğunu bildirib. Ankaraya iki təyyarənin verilməsi ilə bağlı mərasim iyunun 21-də ABŞ-ın Fort-Uert (Texas ştatı) şəhərində baş tutmalıdır. Ümumilikdə Türkiyə ABŞ-dan yeni nəsil 100 ədəd qırıcı-bombardmançı "F-35" almaq istəyir.

Qeyd edək ki, daha əvvəl ABŞ Konqresi tərəfindən 2019-cu il üçün Pentaqonun büdcəsinə dair qəbul olunan qanun layihəsi Ankaranın Rusiyanın "S-400" sistemlərini alması planları ilə əlaqədar Türkiyəyə "F-35" tipli yeni nəsil qırıcılarının verilməsini qadağan edir.

Xatırladaq ki, ABŞ Müdafiə Nazirliyinə (Pentaqon) 2019-cu il üçün 716 milyard dollar vəsait ayrılmasını nəzərdə tutan qanun layihəsi ABŞ Senatında qəbul edilib. Layihənin Türkiyə ilə bağlı hissəsində Ankaranın Rusiyadan "S-400" havadan müdafiə sistemləri almasının iki ölkə arasındakı gərginliyi yüksəltdiyi və amerikalı keşiş Endryu Brunsonın Türkiyədə həbsdən buraxılmasının lazım olduğu qeyd edilib. Sənəddə Türkiyənin Rusiyadan "S-400" almasının ABŞ ilə Türkiyə arasında birgə silah sistemlərini inkişaf etdirməyə mənfi təsir göstərəcəyi irəli sürülüb.

Sözügedən səbəblərdən "F-35" və "F-16" qırıcılarının, "Patriot" havadan müdafiə sistemlərinin, "Chinook" tipli helikopterin, "AH-1 Kobra", "H-60 Black Hawk" tipli helikopterlərin Türkiyəyə satılmasının əngəllənməsinin lazım olduğu bildirilib.

Əlaqədar

Müharibə qoxusu gəldi: İsrail qırıcısı Tehran üzərindən uçdu
Rusiya qırıcısı qəzaya uğradı - Pilotlar öldü
Rusiya qırıcıları Türkiyə sərhədində görüntülənib
Yunanıstan və Türkiyə arasında bir ilk yaşandı: Qırıcılar havaya qaldırıldı
Teqlər:
"F-35" qırıcıları, xarici işlər naziri Mövlud Çavuşoğlu, "S-400" zenit-raket kompleksi, Konqres, Türkiyə, ABŞ

Əsas mövzular