Hərbi qarşıdurma kosmosa keçir: Tramp elə bir qərar imzaladı ki...

© AFP 2023 / NICHOLAS KAMM Президент США Дональд Трамп, фото из архива
Президент США Дональд Трамп, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Qeyd edək ki, hazırda ABŞ-ın dünyada əsas rəqibi olan Rusiyanın Kosmik Qoşunları illər öncə yaradılıb

BAKI, 19 iyun — Sputnik. ABŞ prezidenti Donald Tramp Pentaqona Amerika ordusunun altıncı qolu olacaq kosmik qüvvələrin yaradılması tapşırığını verib.

Sputnik Azərbaycan "Habertürk"ə istinadla xəbər verir ki, Donald Tramp Milli Kosmos Şurasının iclasında ABŞ ordusunun yeni qolunun yaradılması məsələsini dəyərləndirib. O, ABŞ-ın təkcə yerdə deyil, kosmosda da fəal olmasının lazım olduğunu bildirib: "Silahlı Qüvvələrin altıncı qolu olaraq kosmik qüvvələrin yaradılması üçün zəruri prosesin dərhal başladılması barədə Müdafiə Nazirliyinə tapşırıq verirəm. Bu, böyük bir addımdır. Hərbi Hava Qüvvələri ilə yanaşı, kosmik qüvvələrimiz də olacaq".

Tramp orduya kosmik qüvvələrin yaradılması tapşırığını verən təlimatnaməni imzalayıb.

Qeyd edək ki, mart ayında keçirilən büdcə müzakirələrində də məsələni gündəmə gətirən Tramp, Rusiya və Çin kimi ABŞ-ın da ordu içində ayrı bir kosmik güc təşkil etməsinin lazım olduğunu müdafiə etmişdi.

ABŞ ordusu Quru Qüvvələri, Dəniz Piyadaları, Dəniz Qüvvələri, Hava Qüvvələri və Sahil Təhlükəsizliyi komandanlıqlarından ibarətdir.

Qeyd edək ki, hazırda ABŞ-ın dünyada əsas rəqibi olan Rusiyanın Kosmik Qoşunları illər öncə yaradılıb.

Xəbər lenti
0