Türkiyəni ABŞ-la üz-üzə qoyacaq qanun layihəsi qəbul edildi

© Photo : South Korea Defense Ministry via APИстребитель-бомбардировщик пятого поколения F-35
Истребитель-бомбардировщик пятого поколения F-35 - Sputnik Azərbaycan
Abunə olmaq
F-35 və F-16 qırıcılarının, "Patriot" hava müdafiə sistemlərinin, "Chinook" tipli ağır nəqliyyat vertolyotunun, "AH-1 Kobra", "H-60 Black Hawk" tipli vertolyotların Türkiyəyə satılmasının əngəllənməsinin lazım olduğu bildirilib

BAKI, 19 iyun — Sputnik. ABŞ Müdafiə Nazirliyinə (Pentaqon) 2019-cu il üçün 716 milyard dollar vəsait ayrılmasını nəzərdə tutan qanun layihəsi ABŞ Senatında qəbul edilib.

Sputnik Azərbaycan "Haber7"ə istinadla xəbər verir ki, qanun layihəsində bir sıra vertolyot və təyyarələrin Türkiyəyə satılmasının əngəllənməsinin lazım olduğunu nəzərdə tutan bənd də yer alıb.

ABŞ senatı - Sputnik Azərbaycan
Senat Azərbaycan və Ermənistana yardım ayrılmasını təsdiqlədi

Layihənin Türkiyə ilə bağlı hissəsində Ankaranın Rusiyadan S-400 hava müdafiə sistemləri almasının iki ölkə arasındakı təzyiqi yüksəltdiyi və amerikalı keşiş Endryu Brunsonın Türkiyədə həbsdən buraxılmasının lazım olduğu qeyd edilib. Sənəddə Türkiyənin Rusiyadan S-400 almasının ABŞ ilə Türkiyə arasında birgə silah sistemlərini inkişaf etdirməyə mənfi təsir göstərəcəyi irəli sürülüb.

Sözügedən səbəblərdən F-35 və F-16 qırıcılarının, "Patriot" hava müdafiə sistemlərinin, "Chinook" tipli ağır nəqliyyat vertolyotunun, "AH-1 Kobra", "H-60 Black Hawk" tipli vertolyotların Türkiyəyə satılmasının əngəllənməsinin lazım olduğu bildirilib.

Sənəddə qanun layihəsinin qüvvəyə minməsindən sonra 60 gün müddətində müdafiə nazirinin Türkiyə ilə ABŞ arasındakı münasibətlərə dair Konqresin müvafiq komitələrinə hərtərəfli hesabat təqdim etməsi tələb olunub. Bu hesabat təqdim olunmadan ABŞ Konqresi Pentaqonun Türkiyəyə silah satışına razılıq verməyəcək. Söhbət Konqresin təsdiqlməsi məcburi olan silahlardan gedir.

Türkiyənin baş naziri Binəli Yıldırım ABŞ Senatının qərarına sərt reaksiya verib. Silah satışının təxirə salınma qərarına toxunan baş nazir bu qərarın səhv, strateji tərəfdaşlıq ruhuna zidd olduğunu vurğulayıb: "Türkiyə altenativsiz deyil. Bu qərar bizim zəifləməmizə səbəb ola bilməz".

Qeyd edək ki, may ayının sonunda Nümayəndələr Palatasında qəbul edilən büdcə layihəsində də Türkiyə ilə bağlı olaraq S-400 raket əleyhinə müdafiə sistemləri və F-35 döyüş təyyarəsi ilə bağlı oxşar bəndlər yer almışdı.

Xəbər lenti
0