Türk əsgərinin böyük zəfəri: Nəhayət...

© REUTERS / Khalil AshawiTürk hərbi texnikası Suriyanın əl-Rai şəhərində, 5 yanvar 2017-ci il
Türk hərbi texnikası Suriyanın əl-Rai şəhərində, 5 yanvar 2017-ci il - Sputnik Azərbaycan
Abunə olmaq
Türk əsgərləri Suriyanın Menbiç şəhərinin ətrafına daxil olub

BAKI, 18 iyun — Sputnik. Türkiyə hərbçiləri Suriyanın şimalındakı Menbiç şəhərinin kənarına doğru irəliləyib.

APA-nın xəbərinə görə, bu barədə NTV telekanalı məlumat yayıb. Türk hərbi qüvvələrinin ABŞ-la razılaşma çərçivəsində Menbiçin kənar məhəllələrinə daxil olduğu xəbər verilir. Eyni anda havada ABŞ helikopterləri uçmağa başlayıb. 

Qeyd edək ki, Menbiç PKK terror təşkilatının Suriya qolu PYD-YPG qruplaşmasının nəzarətində idi. Ərazidə ABŞ hərbi kontingenti də var. Türkiyə və ABŞ arasında əldə olunan razılığa əsasən PYD-YPG qüvvələri bölgədən çıxarılacaq və ərazidə iki müttəfiq ölkənin hərbçiləri keşik çəkəcək. Daha sonra ABŞ və Türkiyə Menbiçdə yerli idarəetmə orqanlarını formalaşdıracaq.

Xəbər lenti
0