Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Türk gəmisi Adriatik dənizində qəzaya uğradı, SOS siqnalı verildi

Türkiyəyə məxsus "Haksa" gəmisi
Türkiyəyə məxsus Haksa gəmisi - Sputnik Azərbaycan
Abunə olmaq
Gəmi buksirə qoşularaq sahilə doğru aparılır

BAKI, 17 iyun — Sputnik. Xorvatiya sahillərində, Adriatik dənizində yanacaq, yağ və külçə daşıyan türk gəmisi qəzaya uğrayıb. 

Sputnik Azərbaycan-ın məlumatına görə, "Haksa" yük gəmisi bazar günü səhər saatlarında SOS siqnalı verib. Gəmi Yabuka adası yaxınlığında olarkən korpusda əmələ gəlmiş dəlikdən içəriyə su dolmağa başlayıb. Köməyə yaxınlıqdan keçən "Valcadore" italyan tankeri, dəniz polisi və xorvat kateri göndərilib. 

Nəticədə 13 nəfər heyət üzvü xilas edilib. Heyət üzvlərinin 11-i Türkiyə, 2-si Hindistan vətəndaşıdır. 

Gəmi isə buksirə qoşularaq sahilə doğru aparılır.

Xəbər lenti
0