Qarabağ münaqişəsini başlayanlardan biri öldü

© Sputnik / Рубен Мангасарян / Mediabanka keçidİqor Muradyan
İqor Muradyan - Sputnik Azərbaycan
Abunə olmaq
Separatçı ermənilərin “Qarabağ” hərəkatının liderlərindən biri ölüb

BAKI, 17 iyun – Sputnik. Yerevanda “Qarabağ” Komitəsinin ilk rəhbəri, separatçı ermənilərin “Qarabağ” hərəkatının qurucularından biri İqor Muradyan ölüb. 

Sputnik Ermənistan-ın məlumatına görə, Muradyan uzun sürən xəstəlikdən sonra ölüb. O, son vaxtlar ABŞ-da müalicə kursu keçirmiş. 

Muradyan “Qarabağ” Komitəsinin yaradılmasının təşəbbüskarı olub. 1988-ci ildə qurumun rəhbərliyindən uzaqlaşıb. 1990-1995-ci illərdə Ermənistan Ali Sovetinin (parlament) deputatı olub. Müxtəlif nəşrlərdə siyasi analizlərlə çıxış edib. 

Xəbər lenti
0