ABŞ-da gündəmi dəyişəcək həbs: Trampın yaxın adamı...

© Sputnik / Tabyldy Kadyrbekov / Mediabanka keçidMəhbus, arxiv şəkli
Məhbus, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Manafort 2018-ci il ərzində 5 həftə məhkəmənin qərarının əleyhinə olaraq şahidlərlə əlaqə qurmağa cəhd edib

BAKI, 16 iyun — Sputnik. ABŞ-da məhkəmənin qərarı ilə prezident Donald Trampın seçkiqabağı qərargahının keçmiş rəhbəri Pol Manafort həbs edilib.

Sputnik Azərbaycan-ın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, Rusiyanın ABŞ-dakı prezident seçkilərinə müdaxiləsi üzrə işləyən prokurorlar Manafortu ədalət mühakiməsinə təzyiq göstərməkdə ittiham ediblər. Bundan sonra Pol Manaforta qarşı həbs qətimkan tədbiri seçilib. O məhkəmə zalında həbs edilib. 

Manafort 2018-ci il ərzində 5 həftə məhkəmənin qərarının əleyhinə olaraq şahidlərlə əlaqə qurmağa cəhd edib.

Manafortun seçkilərə müdaxilədə iştirakına dair məhkəmə prosesi 2018-ci ilin sentyabrına təyin edilib.

Xəbər lenti
0