23:22 22 İyun 2018
Canlı yayım
  • RUB0.0267
  • USD1.7000
  • EUR1.9745
Türkiyədə təcili yardım avtomobili, arxiv şəkli

Türkiyədə azərbaycanlı qadın öldürüldü

© AFP 2018 /
DÜNYA
Qısa URL
99 0 0

Türkiyədə kişi arvadını öldürəndən sonra intihar edib

BAKI, 15 iyun — Sputnik. Türkiyənin İğdır bölgəsində azərbaycanlı qadın qeyri-rəsmi nikahda olduğu şəxs tərəfindən öldürülüb.

Sputnik Azərbaycan "Haberler"ə istinadla xəbər verir ki, Şıracı kəndində 35 yaşlı Taner Parlarla həyat yoldaşı Hicran Hüseynova arasında naməlum səbəbdən mübahisə olub. Taner Parlar silahı ilə H. Hüseynovanın başından vuraraq öldürüb. Daha sonra isə özü də intihar edib.

Hər iki şəxsin cəsədi ekspertiza üçün morqa aparılıb.

Qeyd edilib ki, cütlüyün 2 övladı olub. Cinayəti törətmiş T. Parların rəsmi nikahda olduğu arvadından isə 3 uşağı var.

Faktla bağlı İğdır polisində araşdırmalara başlanılıb.

Teqlər:
İğdır, qətl, intihar, Türkiyə, qadın, azərbaycanlı

Əsas mövzular