23:19 22 İyun 2018
Canlı yayım
  • RUB0.0267
  • USD1.7000
  • EUR1.9745
Tehranda bazar, arxiv şəkli

Qonşuluqda qiymətlər ərşə çıxdı, prezident bütün anbarları açdırdı

© AFP 2018 / ATTA KENARE
DÜNYA
Qısa URL
472 0 0

Ruhaninin göstərişi ilə anbarlardakı malların xalqa çatdırılması üçün səlahiyyətli orqanlara tapşırıqlar verilib

BAKI, 14 iyun — Sputnik. ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyalardan sonra son günlər ölkədəki yüksək qiymət artımlarının qarşısını almaq məqsədilə prezident Həsən Ruhani təlimat verib.

Sputnik Azərbaycan "Haber7"ə istinadla xəbər verir ki, Həsən Ruhani dövlət anbarlarındakı malların bir an öncə bazara çıxarılması tapşırıb.

İran prezidentinin müşaviri Mahmud Vaizi məsələ ilə bağlı açıqlama verib. O, bildirib ki, Nazirlər Kabinetinin iclasında ölkədə son zamanlarda baş verən bahalaşma məsələsi müzakirə edilib. Ruhaninin göstərişi ilə anbarlardakı malların xalqa çatdırılması üçün səlahiyyətli orqanlara tapşırıqlar verilib.

Prezident Ruhani isə ölkədə iqtisadi sahədəki prosesləri psixoloji müharibə kimi xarakterizə edib. O, bildirib ki, bazarda son günlərdə baş verən dalğalanmaların iqtisadi əsası yoxdur və psixoloji müharibədən qaynaqlanır.

Qeyd edək ki, ABŞ-ın İranla imzalanmış nüvə müqaviləsindən çıxmasından sonra İranda bir çox məhsulun qiyməti yüksək nisbətdə artmağa başlayıb.

Dövlət, bazardakı dalğalanmalara nəzarət etmək üçün bütün valyuta bürolarını bağlayaraq, bank sistemi xaricində valyuta transferini qadağan edib. Ancaq "qara bazar" fəaliyyət göstərməkdə davam edir. "Qara bazar"da xarici valyuta baha qiymətə satılır.

Teqlər:
Hasan Ruhani, anbar, sanksiya, İran, bazar, qiymət

Əsas mövzular