23:20 22 İyun 2018
Canlı yayım
  • RUB0.0267
  • USD1.7000
  • EUR1.9745
Мальчик в разрушенных в результате авиаудара зданиях в городе Таиз, Йемен

Yəmən müharibəsinin qorxunc statistikası - 20 min uşaq...

© AFP 2018 / Ahmad Al-Basha
DÜNYA
Qısa URL
275 0 0

Husilərin 2 372 məktəbi qismən və ya tamamilə dağıtdığı, 1500 təhsil müəssisəsinin həbsxana və ya hərbi baza olaraq istifadə edildiyi müəyyən edilib

BAKI, 14 iyun — Sputnik. İki milyon işləyən uşağın olduğu Yəməndə 20 min uşağın husilərin dəstələrində döyüşşü olaraq istifadə edildiyi məlum olub. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, Yəmənin rəsmi xəbər agentliyi SABA-nın verdiyi məlumata görə, sosial işlər naziri İbtihac əl-Kamal 3 ildir ki, müharibənin davam etdiyi ölkədə statistiklərə görə 2 milyondan çox uşağın əməyinin istismar edildiyi məlum olub.

O qeyd edib ki, beynəlxalq müqailə və uşaq hüquqlarını qoruma qanunlarına əksinə olaraq 20 min uşağın husilər tərəfindən  döyüşdürüldüyü məlum olub.

Husilərin 2 372 məktəbi qismən və ya tamamilə dağıtdığı, 1500 təhsil müəssisəsinin həbsxana və ya hərbi baza olaraq  istifadə edildiyi müəyyən edilib. Nazir 4,5 milyondan çox uşağın təhsildən yayındığını bildirib.

Əsas mövzular