Göyərçin başlı balıq hamını heyran qoydu

© Photo : Youtube / Channel BanglaGöyərçin başlı balıq
Göyərçin başlı balıq - Sputnik Azərbaycan
Abunə olmaq
Ətrafdakılar balığın fotosunu çəkməyə başlayıblar

BAKI, 14 iyun — Sputnik. Çinli balıqçı Quyan şəhərində qeyri-adi balıq tutub. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, bu barədə sosial şəbəkələrdə video görüntülər yayılıb.

Yayılan görüntülərdə baş hissəsindən göyərçinə oxşayan balıq əks olunub. Ətrafdakılar balığın fotosunu çəkməyə başlayıblar. 

Bədən quruluşuna baxsaq, çinlinin şirin suda yaşayan balıq fəsiləsindən olan Ağ amur balığını tutduğunu demək olar.

Balıqçının heyvana yazığı gəldiyi, onu suya buraxdığı bildirilir.

Xəbər lenti
0