23:17 22 İyun 2018
Canlı yayım
  • RUB0.0267
  • USD1.7000
  • EUR1.9745
Yəməndə hava hücumunun nəticələri

Səfirlik hərbi əməliyyatlarla bağlı bəyanat yaydı

© REUTERS / Stringer
DÜNYA
Qısa URL
58 0 0

BƏƏ-nin Azərbaycandakı səfirliyi Yəməndə başlanan hərbi əməliyyatla bağlı bəyanat yayıb

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan 

BAKI, 13 iyun — Sputnik. Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycandakı səfirliyi Yəmənin Hodeyda liman şəhərindəki hərbi əməliyyatlarla bağlı bəyanat yayıb. 

Səfirlikdən Sputnik Azərbaycan-a verilən xəbərə görə, bəyanatda deyilir ki, ərəb koalisiyasının Yəmənə müdaxiləsi, eləcə də Hodeyda ətrafında gedən əməliyyatlar qanuni Yəmən hökumətinin xahişinə əsaslanır və böhrana dair BMT Təhlükəsizlik Şurasının 2216, 2204, 2201, 2140 saylı qətnamələri daxil olmaqla, BMT Təhlükəsizlik Şurasının bütün müvafiq qətnamələrinə uyğundur:

“Hodeydanı azad etmək üçün başlayan əməliyyatlar Yəmənin qanuni hökumətinə strateji limanda təhlükəsizlik və sabitliyi bərpa etmək, ölkədə humanitar böhranı yüngülləşdirmək və siyasi prosesdəki vəziyyətdən çıxış əldə etmək məqsədini daşıyır. Husi qiyamçıları Hodeyda limanından Səudiyyə şəhərlərini hədəf almaq məqsədilə İran silahlarını və ballistik raketlərini ölkəyə qaçaqmalçılıqla gətirmək, eləcə də limanın gəlirlərindən özlərinin davam edən amansız kampaniyalarını maliyyələşdirmək üçün sui-istifadə ediblər, limanı müharibəni və Yəmən xalqının iztirabını uzatmaq üçün istismar ediblər. Husilərin limanı pis idarə etməsi və humanitar ehtiyatları tutub saxlamaları Yəməndə humanitar vəziyyətə fəlakətli təsir edib. Koalisiyanın yardım yükləri tez-tez qiyamçılar tərəfindən müsadirə edilib və "qara bazar"a yönəldilib. Bu, koalisiyanın humanitar böhranı yüngülləşdirmək məqsədi daşıyan öhdəliyini poza bilməyib. Bir ildən çoxdur ki, BMT-nin Hodeyda məsələsinin həlli üzrə danışıqlar aparmaq səyləri davam edərkən, husilər BMT elçisi Martin Qriffisin limanı BMT rəsmilərinə təslim etmək üçün etdiyi ən son cəhd də daxil olmaqla, onun təkliflərinə təkrar-təkrar etirazlarını bildiriblər. Husilərin siyasi həll yolunu qəbul etməməsi işığında, ərəb koalisiyasının günahsız Yəmənli mülki əhalisini qorumaq və yardım yüklərinə təhlükəsiz yol təmin etmək məqsədilə hərbi həll yolu seçməkdən başqa seçimi qalmayıb. Ərəb koalisiyası limanın azad edilməsinin ölkəyə ən çox ehtiyac duyulan humanitar yardımın həcminin artmasına təxirəsalınmaz təsir göstərəcəyini bildirir və bi məsələdə beynəlxalq ictimaiyyətlə işbirliyinə sadiq qalır".

Bəyanatda deyilir ki, ərəb koalisiyası azad olunmuş ərazilərdə Yəmən xalqının təxirəsalınmaz və uzunmüddətli humanitar ehtiyaclarına cavab vermək məqsədilə Hodeyda şəhəri üçün hərtərəfli humanitar planın həyata keçirilməsinə başlayıb: "Ərəb koalisiyası BMT-yə və digər qeyri-hökumət təşkilatlarına planlaşdırdığı fəaliyyəti bildirib və onların heyətinin vaxtından əvvəl Hodeydadan təhlükəsiz keçidini təmin edib. Husi qiyamçılarından limanın geri alınması siyasi həll yoluna qayıtmaq və ilişib qalmış BMT danışıqlarını canlandırmaq məqsədini daşıyır. Hodeydanın azad edilməsi Yəmən xalqının ehtiyaclarının yüngülləşməsinə xidmət edəcək və böhrana uzunmüddətli həll tapmaq üçün yeni təkanı təmin edəcək".

Qeyd edək ki, Yəmən prezidenti Abd Rabbu Mənsur Hadinin tərəfində olan qoşunlar bu gün səhər Səudiyyə Ərəbistanının başçılıq etdiyi ərəb koalisiyasının aviasiyasının dəstəyi ilə başlanan hücumda Qırmızı dəniz sahilində yerləşən Hodeyda liman şəhərində ilk rayona nəzarəti husilərdən geri alıb.

Əsas mövzular