Donald Tramp Kim Çen Ina göstərdiyi "sirli" videonu yaydı

© Photo : Kevin Lim/The Straits Times via REUTERSЛидеры США и КНДР Дональд Трамп и Ким Чен Ын
Лидеры США и КНДР Дональд Трамп и Ким Чен Ын - Sputnik Azərbaycan
Abunə olmaq
Videoda müasir sivilizasiyanın əldə etdiyi nailiyyətlər rəngli kadrlar, Şimali Koreyadan olan görüntülər isə ağ-qara rəngdə əksini tapır

BAKI, 13 iyun — Sputnik. ABŞ prezidenti Donald Tramp "Twitter" səhifəsində Sinqapurda keçirilən sammit zamanı Şimali Koreya lideri Kim Çen Ina göstərdiyi videonu yayımlayıb. Sputnik Azərbaycan xəbər verir ki, videoçarxda Şimali Koreyanın gələcəyi göstərilir.

""Bir imkanın tarixi" adlanan videonu Sinqapurda Kim Çen Ina göstərdim", — deyə Tramp qeyd edib.

Dörd dəqiqədən artıq davam edən videoda müasir sivilizasiyanın əldə etdiyi nailiyyətlər rəngli kadrlarla, Şimali Koreyadan olan görüntülər isə ağ-qara rəngdə əksini tapır.

Mətnarxası səs tarixin gedişini dəyişən və yeni bir şeyi başlamağı bacaran liderlərin olduğunu deyir. Elə bu an kadrda Donald Tramp və Kim Çen In görünür.

Qeyd edək ki, ötən gün Sinqapurda ABŞ prezidenti Donald Tramp və Şimali Koreya lideri Kim Çen In arasında tarixi görüş baş tutub. Liderlərin təkbətək və geniştərkibli formatda keçirilmiş görüşləri, ümumilikdə bir saat yarım davam edib. Görüşdən sonra tərəflər birgə sənəd imzalayıblar.

Xəbər lenti
0