Milyarder sürücüyə qarşı yüz minlik avtomobil cəriməsi

© AFP 2023 / MIGUEL MEDINAAvro
Avro - Sputnik Azərbaycan
Abunə olmaq
Finlandiya iş adamının illik gəlirinin 12 milyon avro olduğu təxmin edilir

BAKI, 13 iyun — Sputnik. Finlandiyada iş adamı Anders Viklöf Aland adasında sürət həddini keçdiyi üçün cərimə edilib. Sputnik Azərbaycan Türkiyə mediasına istinadən xəbər verir ki, milyarder 50 kilometr sürət həddi olan yolu saatda 71 kilometr sürətlə gedib. Sürət gəddini çox pozan sürücü cərimə edilib. Cərimə isə 63 min 240 avro (120 min manatdan çox) olub.

Viklöf 2013-cü ildə də sürət həddini aşdığı üçün 94 min avro cərimə ödəməli olmuşdu.

Jurnalistlərə açıqlama verən Viklöf deyib ki, bu pulu yaşlılara, uşaqlara və kasıblara xərcləməyi daha məqsədəuyğun bilir.

Qeyd edək ki, iş adamının illik gəlirinin 12 milyon avro olduğu deyilir.

Xəbər lenti
0