11:01 27 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
201 0 0

ABŞ prezidenti: "Lakin biz sanksiya tətbiq etmək imkanını özümüzdə saxlayırıq"

BAKI, 12 iyun — Sputnik. ABŞ prezidenti Donald Tramp Şimali Koreyaya qarşı 300-ə yaxın sanksiyanın tətbiqini dayandırdığını bəyan edib. Bu barədə Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir.

Ağ Ev rəhbərinin sözlərinə görə, o, ölkəsinin Şimali Koreyaya qarşı sanksiya tətbiq etməsini dayandırıb: "Çünki bu, hörmətsizlik kimi görünə bilər. Lakin biz sanksiya tətbiq etmək imkanını özümüzdə saxlayırıq".

Tramp bəyan edib ki, Şimali Koreya raket mühərriklərinin sınağı üzrə poliqonu məhv edib, indi isə orada sınaqdan keçirilən raketləri məhv edəcək.

ABŞ prezidenti Şimali Koreya liderinə heç bir şeydə güzəştə getmədiyini də vurğulayıb: "Tənqidçilər iddia edirlər ki, görüş faktının özü Kim Çen Ina güzəşt idi. Baxın, mən sizin qarşınızdayam, heç nəyə güzəştə getməmişəm. Mən 25 saatdır yatmıram. Lakin düşünürəm ki, bu, doğru idi. Çünki biz danışıqlar aparırdıq".

O, eyni zamanda ən qısa vaxtda Pxenyana səfər edəcəyini bildirib.

Əlaqədar

ABŞ və Şimali Koreya bir-birinə tərəf ilk addımı atdı
Şimali Koreya lideri Trampı Pxenyana dəvət etdi
Politoloq: “ABŞ və Şimali Koreya liderlərinin görüşündən böyük gözləntilər var”
Koreyalı qadının başına görünməmiş hadisə gəldi
ABŞ Şimali Koreyaya qarşı müharibəyə başlayır?
Teqlər:
Donald Tramp, sanksiya, Şimali Koreya, ABŞ, prezident

Əsas mövzular