Trampı təhqir etdilər, elə nalayiq sözlər dedilər ki...

© Photo : Michael Zorn / Invision / APRobert De Niro
Robert De Niro - Sputnik Azərbaycan
Abunə olmaq
Aktyorun bu addımı zaldakı rejissor, prodüser və aktyorların alqışına səbəb olub

BAKI, 12 iyun — Sputnik. Amerikalı aktyor Robert De Niro hər il keçirilən Hudson River Park Qalasında prezident Donald Trampın ünvanına təhqiramiz ifadələr işlədib.

Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, Tony Awards" mükafatlandırma mərasimində iştirak edən aktyor musiqiçi Bryus Sprinqstini təqdim etmək üçün səhnəyə çıxıb.

Bu zaman o, ABŞ prezidentini söyüb: "Bir söz demək istəyirəm. Tramp… (ardınca yazılması mümkün olmayan söz – red.). Bəsdirin “Tramp getsin” deməyiniz! Tramp ümumiyyətlə…”

Aktyorun bu addımı zaldakı rejissor, prodüser və aktyorların alqışına səbəb olub.

Amma mərasimi işıqlandıran CBS telekanalının tamaşaçıları aktyorun söyüşünü eşitməyiblər. Çünki televiziya işçiləri söyüş olan zaman səsi yığıdırmağa fürsət tapıblar.

Qeyd edək ki, ABŞ-dakı son prezident seçkiləri zamanı "Gələcəyin üçün səs ver" kampaniyası çərçivəsində hazırlanan videoda De Niro "Tramın sifətinə yumruq atmaq istəyərdim" ifadəsini işlətmişdi.

Xəbər lenti
0