17:26 16 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
215 0 0

Cütlük bunun sadəcə şayiə olduğunu dilə gətirib

BAKI, 12 iyun — Sputnik. İngiltərə milli yığmasının keçmiş kapitanı Devid Bekhem ilə keçmiş müğənni və model Viktoriya Bekhemin boşanacağı barədə şayiələr yayılmağa başlayıb.

Sputnik Azərbaycan Türkiyə mediasına istinadən xəbər verir ki, 44 yaşlı Viktoriya Bekhem dünən Londonda hoteldən çıxan zaman kefinin olmamasını mediadan gizlədə bilməyib.

Elə həmin vaxtlarda Devid Bekhem Los-Ancelesdə iş görüşündə olub. Məşhur futbolçunun həmin görüş zamanı başqa bir qadınla səmimi fotoları yayılıb.

19 ildir evli və 4 uşaq sahibi olan məşhur cütlük mediaya açıqlamada boşanmaq niyyətində olmadıqlarını və bunun sadəcə şayiə olduğunu bildiriblər. Amma jurnalistlər bu bəyanata inanmlrlar.

Teqlər:
Viktoriya Bekhem, Devid Bekhem, şayiə, boşanma, cütük

Əsas mövzular