06:54 04 Avqust 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
535 0 0

Futbolçuların hər şeyə rəğmən sevə-sevə Almaniya üçün meydana çıxacaqları barədə sözləri onu duyğulandırıb

BAKI, 12 iyun — Sputnik. Almaniya kansleri Angela Merkel Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla çəkilən fotoları ilə bağlı sərt tənqidlərə məruz qalan türk əsilli futbolçular İlkay Gündoğan və Mesut Özili dəstəkləyib. Sputnik Türkiyə xəbər verir ki, Merkel futbolçulardan diqqətlərini futbola yönəltmələrini istəyib.

Merkel qatıldığı televiziya proqramında futbolçuların prezident Ərdoğanla foto çəkdirdikləri üçün tənqid edilmələrinin, fitə basılmalarının yolverilməz olduğunu bildirub: "Özil və Gündoğanın alman futbolsevərləri xəyal qırıqlığına uğratmaq istımirdilər"

Merkel qeyd edib ki, tənqidlərə baxmayaraq futbolçuların sevə-sevə Almaniya üçün meydana çıxacaqları barədə sözləri onu duyğulandırıb: "Gündoğan və Özil milli komandamızın oyunçularıdır. Onların alqışlanmasını istəyərəm”.

Ərdoğan və Merkel
© Photo : Salih Zeki Fazlioglu/Anadolu, Pool Photo via AP

Qeyd edək ki, Almaniya millisi iyunun 8-i 2018-ci il futbol üzrə dünya çempionatına hazırlıq çərçivəsində Səudiyyə Ərəbistanı ilə yoldaşlıq oyununa çıxıb. Sputnik Türkiyə xəbər verir ki, oyun zamanı Almaniya millisinin futbolçusu İlkay Gündoğan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdüyü üçün fitə basılıb.

Məlumata əsasən, 57-ci dəqiqədə meydana çıxan türk əsilli futbolçu hər dəfə topa yiyələndikdə, bu hal təkrarlanıb. Oyunçusunun tərəfini tutan Yoahim Löv isə azarkeşlərin yanına gedərək bunu dayandırmağı tələb edib.

Xatırladaq ki, mayın 15-i "Liverpul" klubunda oynayan türk əsilli Almaniya vətəndaşı Əmrə Can Böyük Britaniyada səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvətini rədd edib.

Canla yanaşı Ərdoğanla görüşə Məsut Özil və İlkay Gündoğan da dəvət edilib. Görüş zamanı onlar prezidentə imzalı formalarını hədiyyə ediblər. Görüşdə iştirak edən Özil və Gündoğan Almaniya Futbol Federasiyası tərəfindən Ərdoğanın seçki kampaniyasına alət olmaqda ittiham ediliblər.

Teqlər:
dəstək, İlkay Gündoğan, Məsud Özil, milli komanda, Almaniya, Angela Merkel

Əsas mövzular