23:35 18 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0258
  • EUR1.9267
Türk ordusu Afrində. 18 mart 2018-ci il

Ərdoğan bəyan etdi: “Türk ordusu Qəndil və Sincarda əməliyyata başlayıb”

© REUTERS / Khalil Ashawi
DÜNYA
Qısa URL
195 0 0

Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus 20 təyyarə 14 anbarı məhv edib

BAKI, 11 iyun — Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin İraqın Kandil və Sincar vilayətlərində hərbi əməliyyatlara başladığını bildirib. Bu barədə Sputnik AzərbaycanSon Dakika”-ya istinadən xəbər verir.

Ərdoğan vurğulayıb ki, Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus 20 təyyarə terrorçulara aid 14 anbarını məhv edib: "Hədəfimiz bataqlığı qurutmaqdır, birliklərimiz irəliləyir”.

Ərdoğan seçkiqabağı mitinqdə xalqa səslənib və əməliyyatdan təbliğat kimi istifadə edib: "Kamal bəy (Kamal Kılıcdaroğlu – red.) “Afrinə girməyin” dedi. Məhərrəm bəy (Məhərrəm İncə — red.) “nə işiniz var?” dedi. Sizinlə bu ölkə idarə oluna bilməz. Biz nə Kamala, nə də Məhərrəmə baxarıq. Biz sadəcə işimizi görərik. Gec, ya tez, terrorçulardan tökdükləri şəhid qanlarının qisasını aldıq və alırıq. Bu ana qədər, sadəcə Afrində 4500 terrorçu məhv edildi. Şimali İraqda Qəndil, Sincar demişdim, xatırlayın. Orada da əməliyyatları başlatdıq. 20 təyyarəmizlə 14 önəmli nöqtəni məhv etdik".

Qeyd edək ki, iyunun 4-də Vaşinqtonda ABŞ-ın dövlət katibi Mayk Pompeo ilə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu arasında görüş olub. Türkiyə KİV-nin yaydığı məlumata görə, görüş zamanı ABŞ-la Türkiyə arasında terrorçu PKK/YPG/PYD qruplaşmasının işğal etdiyi Fərat çayının qərbindən, Suriyanın Menbiç bölgəsindən çıxmasına dair texniki razılaşma imzalanıb.

Ümumilikdə razılaşma üç mərhələdən ibarətdir. Birinci mərhələdə, PKK/YPG/PYD terrorçuları tərəflər razılaşmanı imzaladıqları vaxtdan – iyunun 4-də başlayaraq 30 gün müddətində Menbiçi tərk edəcək. İkinci mərhələdə, razılaşmadan 45 gün keçəndən sonra Türkiyə və ABŞ hərbçiləri, kəşfiyyatçılar həmin ərazini araşdırmağa başlayacaq.

Üçüncü mərhələdə isə iyunun 4-dən sonrakı 60 gün ərzində Menbiçdə yerli sakinlərdən ibarət idarəetmə orqanı formalaşdırılacaq.

Teqlər:
Türkiyə Hərbi Hava Qüvvələri, əməliyyat, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, İraq, qırıcı təyyarələr

Əsas mövzular