07:09 13 Dekabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0256
  • EUR1.9254
Hərbi texnika

Ermənistan müdafiə xərclərini 30 faiz artırıb

© Sputnik / Aleksey Malgavko
DÜNYA
Qısa URL
151 0 0

Əlavə xərclər Rusiyadan kreditlə alınan silah-sursatın və dövlət borcunun ödənilməsinə sərf olunub

BAKI, 11 iyun — Sputnik. Ermənistanın dövlət borcu üzrə ödəmələr artıb, carı ehtiyaclar üzrə xərclər isə artırılmayıb. Sputnik Ermənistan xəbər verir ki, 2017-cü il dövlət büdcəsi, məhz bu məntiqlə həyata formalaşdırılıb.

Ümumilikdə Ermənistanın xərcləri 6,3% artaraq bir trilyon 504 milyard drama (təxminən 3,1 milyard dollar) çatıb. Əsasən, əlavə xərclər Rusiyadan kreditlə alınan silah-sursatın və dövlət borcunun ödənilməsinə sərf olunub.

Söhbət hələ Rusiyadan götürülən birinci silah kreditindən – 200 milyon dollardan gedir. 2017-ci ilin sonlarında 100 milyon dollar dəyərində ikinci kredit götürülüb, lakin bu kredit xətt üzrə silah-sursat tədarükü 2018-ci il də başlayıb.

Ötən illə müqayisədə Ermənistanda müdafiə üzrə xərclər 30,4% artıb. Bu da, əsasən Rusiyadan alınan müdafiə kredit hesabına gerçəkləşib.

Ümumilikdə 2017-ci il üzrə Ermənistanın dövlət büdcəsindən 294 milyard dram ayrılıb ki, bu da büdcənin təxminən 20%-dir. Bu rəqəmin də 86,6 milyardı (təxminən 180 milyon dolları) Rusiyadan alınan kreditdir.

Əlaqədar

Qarabağda erməni əsgəri öldürüldü
Ermənistan bu sahədə də Azərbaycana qarşı çıxdı
Ermənistanın Cənubi Qafqazda etnik separatizm siyasəti müzakirə olundu
Politoloq: “Ermənilərin aksiya keçirməkdən başqa yolu qalmayıb”
Ermənistan Avrasiya İqtisadi İttifaqı və KTMT-da qalacaqmı?
Teqlər:
silah-sursat, gəlir, dövlət büdcəsi, dövlət borcu, Ermənistan, Rusiya, kredit, xərc

Əsas mövzular