Rəqibindən Ərdoğan barədə ilginc iddia: "Mənə yüksək vəzifə təklif etdi"

© AFP 2023 / ADEM ALTANTürkiyənin sabiq daxili işlər naziri Meral Akşener, arxiv şəkli
Türkiyənin sabiq daxili işlər naziri Meral Akşener, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Meral Akşener: "Hakim partiyanın seçkilərdə məğlub olmalarına dair narahatlıqları var"

BAKI, 11 iyun — Sputnik. Türkiyənin İYİ Partiyasının sədri və prezidentliyə namizəd Meral Akşener hakim partiyanın hələ üç il əvvəl ona nazir və baş nazir müavini postunu təklif etdiyini bəyan edib. Sputnik Azərbaycan xəbər verir ki, bunu Akşener "Sözcü" nəşrinə müsahibəsində bildirib.

Türkiyə bayraqları, arxiv şəkli - Sputnik Azərbaycan
Türkiyənin iki əsrlik taleyi həll olunur

"Bu AKP çox əyləncəlidir. 7 iyun 2015-ci il tarixindən sonra mənə nazirlik təklif etdilər. Mənə baş nazir müavini vəzifəsi təklif olundu. Bu təklifin sübutu da qalır. O zaman yaxşı insanmışam ki, bu təklifi etdilər. Rədd etdim. Sonda Metin Külünk (İstanbul AKP Millət vəkili) evimə gəldi, Tayyib Ərdoğan tərəfindən göndərildiyini söylədi. Mən yenə imtina etdim" — deyə Akşener bildirib.

Prezidentliyə qadın namizəd qeyd edib ki, hakim partiyanın seçkilərdə məğlub olmalarına dair narahatlıqları var: "İlk dəfə olaraq Ərdoğanın oyun planı, yəni "power game" strategiyası çökdü. Təvazökar olmayacağam, bu plan mənim sayəmdə çökdü. Bu gün ölkədə iqtisadiyyat çökmüş durumdadır, işsizlik 11%-dir, dolların məzənnəsi günbəgün artır. Xaricdən sərmayə cəlb edə bilmirlər".

Akşener illərdir ölkəsinin terrorla mübarizə etdiyini vurğulayıb: "Heç bir iqtidar terrorla mübarizəni daxili siyasət və seçki aləti etmədi".

Xəbər lenti
0