17:44 27 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
66 0 0

İsrail 68.300 kv.km-lik ərazini işğal edərək, 6 gündə ərazisini 2.5 dəfə genişlədib

BAKI, 11 iyun — Sputnik. Altı günlük müharibə — 1967-ci ilin 5 — 10 iyun tarixlərində İsrail və ərəb dövlətləri arasında gedən 6 günlük müharibə başa çatıb.

Müharibə İsrail və qonşuları olan Misir, İordaniya, Suriya arasında baş verib. Ərəb ittifaqına daxil olan İraq, Səudiyyə Ərəbistanı, Sudan, Tunis, Mərakeş və Əlcəzair müharibədə iştirak edən ərəb dövlətlərinə hərbi yardımlar ediblər.

Altıgünlük müharibə İsrailin qələbəsi ilə nəticələnib. Müharibənin mühüm hadisələrindən biri də, döyüşləri müşahidə etmək üçün ABŞ tərəfindən göndərilən USS Liberty adlı hərbi donanma gəmisinin İsrail ordusu tərəfindən vurulması olub. İsrail gəminin düşmən gəmisi hesab edərək vurduğunu bildirib və buna görə ABŞ-dan rəsmən üzr istəyib. ABŞ hökuməti isə üzrü qəbul edib. Altı gün davam edən döyüşlərin sonunda İsrail Fələstindən Qəzza bölgəsini, Misirdən Sinay yarımadasını, Suriyadan Qolan təpələri, İordaniyadan isə Şərqi Qüds və Qərbi sahillərini işğal edib. İsrail 68.300 kv.km-lik ərazini işğal edərək, 6 gündə ərazisini 2.5 dəfə genişlədib.

Müharibədən sonra İsrail Sinay yarımadasından Misir lehinə çəkildiyini elan edib, digər əraziləri isə ilhaq etdiyini açıqlayıb. İsrailin bu qərarı uzun illər heç bir dövlət tərəfindən tanınmayıb. Sonrakı illərdə İsrail Birləşmiş Millətlər Təşkilatı tərəfindən qəbul edilən bir çox qərarlara əməl etməyib və bununla da regionda bu günə qədər davam edən gərginlik yaşanır.

Teqlər:
işğal, ərəblər, İsrail, Qüds, Altı günlük müharibə

Əsas mövzular