14:58 19 Dekabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0253
  • EUR1.9349
Marixuana paketi

Şagirdlərə “xoş xəbər” verildi, marixuanadan istifadə edə biləcəklər

© Photo : JUSTIN SULLIVAN/GETTY IMAGES
DÜNYA
Qısa URL
200 0 0

Amma məktəblilər özləri marixuananı təhsil ocağına gətirə və ya özləri ilə məktəb avtobusunda apara bilməzlər

BAKI, 9 iyun — Sputnik. ABŞ Kolorado ştatında məktəblərdə çalışan tibb bacılarına valideynlərin yazılı icazəsi olduğu təqdirdə şagirdlərə tibbi marixuana verməyə icazə verilib. Bu barədə Sputnik Azərbaycan The Denver Post-a istinadən xəbər verir.

Yeni qaydalara əsasən, şagirdlərin qanuni nümayəndələri məktəbin tibb məntəqəsinə narkotik preparatlar gətirə bilərlər. Bu preparatlar lazım olduqda uşaqlara veriləcək.

Marixuana qapalı qutularda saxlanılacaq və yalnız həkimin təyinatı ilə uşaqlara veriləcək.

Məktəblilər özləri marixuananı təhsil ocağına gətirə və ya özləri ilə məktəb avtobusunda apara bilməzlər.

Teqlər:
həkim, tibbi məqsəd, marixuana, məktəbli, ABŞ

Əsas mövzular