09:49 14 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0250
  • EUR1.9190
Kremlin görünüşü

Tarixi görüş Rusiyada keçirilə bilər

© Sputnik / Murad Orujov
DÜNYA
Qısa URL
66 0 0

Tokio növbəti görüşün təşkil edilməsi üçün Şimali Koreya ilə qeyri-formal danışıqları həyata keçirmək niyyətindədir

BAKI, 9 iyun — Sputnik. Yaponiyanın baş naziri Sindzo Abe ilk dəfə Şimali Koreya lideri Kim Çen Inla Rusiya ərazisində görüşə bilər. Bu barədə Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən xəbər verir.

Məlumata əsasən, görüş Vladivostokda keçiriləcək Şərq İqtisadi Forumunda baş tuta bilər. Belə ki, həm Abe, həm də Kimə tədbirə dəvət göndərilib. Lakin onların tədbirə qatılıb qatılmayacağı hələ dəqiq bilinmir.

Yaponiya hökumətindən olan mənbənin sözlərinə görə, Tokio növbəti görüşün təşkil edilməsi üçün Şimali Koreya ilə qeyri-formal danışıqları həyata keçirmək niyyətindədir. Tərəflər arasında ilk təmas Şimali Koreya liderinin iyunun 12-də Sinqapurda ABŞ prezidenti Donald Trampla görüşü zamanı baş verə bilər. Yaponiya bu görüşə Abenin milli təhlükəsizlik üzrə müşaviri Setaro Yate səviyyəsində qatılacaq.

Teqlər:
Şərq İqtisadi Forumu, Vladivostok, Rusiya, görüş, Kim Çen In, Sindzo Abe, Şimali Koreya, Yaponiya

Əsas mövzular