Gizlinlər açılır: Ərdoğan Gülün prezident seçilməsinə niyə qadağa qoyub?

© AP PhotoAbdullah Gül və Ərdoğan
Abdullah Gül və Ərdoğan - Sputnik Azərbaycan
Abunə olmaq
“Təlimat birbaşa Ərdoğandan gəlmişdi"

BAKI, 9 iyun — Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Abdullah Gülün bir daha prezident seçilməməsi üçün seçki məcəlləsində dəyişiklik edib. Sputnik Azərbaycan Sözcü-yə istinadən xəbər verir ki, bunu Abdullah Gülün qərargahının keçmiş rəhbəri Ahmet Sever "İçimdə kalmasın" adlı kitabında yazıb.

Ahmet Sever kitabında qeyd edib ki, sabiq ədliyyə naziri Sadullah Ergin ona maraqlı bir hadisəni danışıb. O, anladıb ki, hakim AKP partiyası 2012-ci ildə qanun qəbul edərək, Gülün bir daha prezident seçilməsinə imkan verməyib: "Nazirliyimin irəli sürdüyü qanun layihəsində hazırda vəzifədə olan prezidentin yenidən seçilməməsinə dair maddə yox idi. Bu maddə Məclisin Alt Komissiyası tərəfindən son anda əlavə olundu”.

Sadullah Ergin, bunun yanlış anlaşıla biləcəyinə görə bu məsələ ilə bağlı şəxsən o zamankı baş nazir Ərdoğanla görüşdüyünü qeyd edib. Amma son nəticədə maddə qanuna əlavə olunub: “Təlimat birbaşa Ərdoğandan gəlmişdi".

Xəbər lenti
0