Dağlıq Qarabağa qanunsuz səfər etmiş məşhur yazar və aparıcı özünü öldürdü

© REUTERS / Lucas JacksonCNN aparıcısı Entoni Burden
CNN aparıcısı Entoni Burden - Sputnik Azərbaycan
Abunə olmaq
Burdenin fransız dostu Erik Riper bu gün səhər onun meyidini otel otağında aşkar edib

BAKI, 8 iyun — Sputnik. Məşhur yazar, CNN-in “Bilinməyən yerlər” teleşousunun aparıcısı Entoni Burden intihar edib.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə CNN-in sosial şəbəkədəki profilində açıqlama verilib.

Hadisə zamanı o, şousunun növbəti bölümünə hazırlıq üçün Fransada səfərdə olub. Burdenin fransız dostu Erik Riper bu gün səhər onun meyidini otel otağında aşkar edib. Jurnalistin 62 yaşı var idi.

Qeyd edək ki, Burden Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfəri və oradan proqram hazırlaması ilə bağlı 2017-ci ilin oktyabrından Azərbaycan Xarici İşlər Nazirliyinin "arzuolunmaz şəxslər" siyahısında olub.

Xəbər lenti
0