Koreyalı qadının başına görünməmiş hadisə gəldi

Abunə olmaq
Mütəxəssislər hələ də müəyyən edə bilməyiblər ki, bu spermatoforlar qadının ağzına necə düşüb.

BAKI, 8 iyun — Sputnik. Cənubi Koreya vətəndaşı çiy kalmarı yedikdən sonra onun sperması ilə ağzında dölləmə yaranıb.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, 63 yaşlı qadın ağzında yanğı hissi ilə həkimə müraciət edib. Həkim qadının dilində və damaqlarında 12 kiçik canlı aşkarlayıb. Aşkarlanan canlıların kalmarın spermatozoidləri olduğu müəyyən edilib. Sonra müəyyən edilib ki, onlar Sakit Okean kalmarına məxsusdur.

"Ağzına bir tikə alan kimi o dilini dişləməyə hazır olan onlarla həşəartın ağzında olduğunu hiss edib. O güclü ağrıdan yeməyi ağzından çıxarıb. Buna baxmayaraq ağzındakı yanğı hissi keçməyib" deyə araşdırma zamanı qeydə alınıb.

Mütəxəssislər hələ də müəyyən edə bilməyiblər ki, bu spermatozoidlər qadının ağzına necə düşüb.

Xatırladaq ki, bir müddət əvvəl də belə bir hadisə Yaponiyada baş verib. Belə ki, qadın çiy kalmarın cinsiyyət orqanını yedikdən sonra ağzında yanğı hiss etməyə başlayıb.

Xəbər lenti
0