Nənədən nəvəyə böyük hədiyyə: Qəsr...

Abunə olmaq
Bina XIX əsrdə kral VII Eduard tərəfindən tikilib

BAKI, 8 iyun — Sputnik. Şahzadə Harriyə toyunda nənəsinin nə hədiyyə etdiyi məlum olub.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, Böyük Britaniya kraliçası II Yelizaveta nəvəsi Harri və Meqan Markla krallığa məxsus orta əsrlərdən qalma qəsr hədiyyə edib.

Bina XIX əsrdə kral VII Eduard tərəfindən tikilib. Sonra köşkə onun oğlu V Georq sahib çıxıb.

Torpaq vermək II Yelizavetanın vərdişidir. Əvvəllər kraliça böyük oğlu şahzadə Çarlza Berkholu, ortancıl oğlu şahzadə Endryüyə Sanninqhilli, nəvəsi Uilyam və onun həyat yoldaşı Keyt Middltona Anmerhollu hədiyyə edib.

Xatırladaq ki, şahzadə Harri və aktrisa Meqan Markl mayın 19-da ailə həyatı qurub. Gənclər Kensinqton sarayı ərazisində Nottingem kottecində yaşayır.

Xəbər lenti
0