Havanı ən çox çirkləndirənlərin adları açıqlandı

© AP Photo / Andy WongÇində zavod
Çində zavod - Sputnik Azərbaycan
Abunə olmaq
Dünyada keçən il kömür istehsalı 3,2 faiz artaraq 3 milyard 768 milyon 600 min ton olub

BAKI, 8 iyul — Sputnik. Çində 2017-ci ildə karbondioksid miqdarı 2016-cı il ilə müqayisədə 1,6 faiz artaraq 9 milyard 232 milyon tona yüksəlib.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, bununla yanaşı, Çin ən çox kömür istifadə olunan ölkə olaraq qəbul edilib.

BP 2018 Dünya Enerji Statistik hesabatına görə, zərərli maddələrin ana mənbəyini neft, kömür və təbii qaz qaynaqları təşkil edib. Məlumata görə, dünyada karbondioksid keçən il ilə müqayisədə 1,6 faiz artaraq 33 milyard 444 milyon ton olub.

Keçən il havanı ən çox zərərli maddələrlə çirkləndirən ölkələr siyahısının başında Çin, ABŞ və Hindistan gəlir.

Dünyada keçən il kömür istehsalı 3,2 faiz artaraq 3 milyard 768 milyon 600 min ton olub.

Hesabata görə, keçən il ən çox kömür istehsalı 1 milyard 747 milyon 200 min ton miqdarında Çində olub. Dünya kömür istehsalının 46,4 faizini Çin həyata keçirib. 371 milyon 300 min tonluq istehsal ilə ABŞ və 297 milyon 400 min tonluq istehsal ilə Avstraliya da siyahıda yer alıb.

Keçən il öncəki illə müqayisədə kömür istehsalını ən çox artıran ölkə Monqolustan, İspaniya və Türkiyə olub. Monqolustan 41,4, İspaniya 47,6 və Türkiyə 34,8 faiz daha çox kömür istehsal edib.

Xəbər lenti
0