11:46 02 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
139 0 0

Qərar bu ilin avqustunda qüvvəyə minir və tələbələr, məktəblilər və müəllimlərə şamil olunur

BAKI, 6 iyun — Sputnik. Norveç parlamenti məktəbəqədər təhsil müəssisələrində, məktəblərdə, universitetlərdə, həmçinin miqrant kimi ölkəyə gələn şəxslər üçün təşkil olunan dərslərdə üzün örtülməsini qadağan edən qanun layihəsini qəbul edib. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Norveç Təhsil Nazirliyi məlumat yayıb.

Məlumata əsasən qərar bu ilin avqustunda qüvvəyə minir və tələbələr, məktəblilər və müəllimlərə şamil olunur.

Qeyd edək ki, bundan əvvəl Danimarka parlamenti niqab və çadra geyinməyi qadağan edən qanun layihəsini təsdiqləyib. Qanun layihəsinin lehinə 70, əleyhinə 30 deputat səs verib.

Qanun layihəsi avqustun birindən qüvvəyə minəcək və bu qaydanı pozanlar 1000 Danimarka kronu (264,6 AZN) məbləğində cərimələnəcək. Qanunu dörd dəfədən artıq pozan şəxslər isə hər dəfə 10 min Danimarka kronu (2646 AZN) məbləğində cərimələnəcək.

Danimarka ədliyyə naziri Serena Pape Poulsenin sözlərinə görə, polis qadınları niqab və çadranı çıxartmağa məcbur etməyəcək. Qanunu pozanlar cərimələnib, evə buraxılacaq.

Teqlər:
qadağa, çadra, niqab, qanun, parlament, Norveç

Əsas mövzular