Kim Çen In bunu da etdi – 3 generalı...

© Photo : KCNA / via REUTERSŞimali Koreya lideri Kim Çen In
Şimali Koreya lideri Kim Çen In - Sputnik Azərbaycan
Abunə olmaq
General Li Kim Çen İrin ən yaxın silahdaşlarından olub

BAKI, 5 iyun — Sputnik. Şimali Koreyanın xalq silahlı qüvvələri naziri Pak En Sık, Xalq Ordusu Baş Qərargah rəisi Li Men Su və ordunun Baş Siyasi İdarəsinin rəisi Kim Çon Qak tutduqları vəzifədən azad ediliblər. Sputnik Türkiyə xəbər verir ki, bu barədə müvafiq qərarı Şimali Koreya lideri Kim Çen In imzalayıb.

İstefaya gedənlər arasında Baş Qərargah rəisi Li Men Sunun olması xüsusilə diqqəti çəkir. Belə ki, general Li, Kim Çen Inın atası, Şimali Koreyanın əvvəlki lideri Kim Çen İrin ən yaxın silahdaşlarından olub.

Bu dəyişikliklərin may ayının ortasında həyata keçirildiyi bildirilir. Bəzi mənbələr bu dəyişiklikləri iyunun 12-də Sinqapurda ABŞ Prezidenti Donald Trampla Kim Çen In arasında keçiriləcək görüşlə əlaqələndirirlər.

Xəbər lenti
0