03:06 21 Oktyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0265
  • EUR1.8907
Yerevanda Rusiya ilə bağlı etirazlar

Yerevanda Rusiya ilə bağlı etirazlar başladı

© Sputnik / Asatur Yesayants
DÜNYA
Qısa URL
518 0 0

Hökumətin binası qarşısına toplaşan sürücülər baş nazir Nikol Paşinyanla görüş tələb edirlər

BAKI, 4 iyun — Sputnik. Ermənistanda özəl daşıyıcı şirkətlərə məxsus avtobusların sürücüləri etiraz aksiyası keçirirlər. Buna səbəb hökumətlərarası lisenziyanın olmamasından dolayı, həmin sürücülərə Rusiya ilə sərhədi keçməyə icazə verilməməsidir.

Sputnik Ermənistan xəbər verir ki, şirkətin nümayəndələri hökumətin binası qarşısında toplaşaraq lisenziya alınmasını və tariflərə yenidən baxılmasını tələb edirlər. Mələsə bundan ibarətdir ki, iyunun 1-dən qeyri-müntəzəm şəkildə Ermənistandan Rusiyaya və ya əks istiqamətdə sərnişin daşıyan sürücülərə hökumətlərarası lisenziya olmadan Rusiya sərhədini keçmək qadağan olunub. Ermənistan qanunvericiliyinə əsasən, sərnişin daşıma üçün lisenziyalar yalnız müntəzəm olaraq Rusiyaya və ya əks istiqamətdə sərnişin daşıyan şirkətlərə verilir.

"İyunun ikisindən bizim maşınları "Baqratşen" nəzarət keçid məntəqəsindən buraxmadılar. Bizə bildirdilər ki, biz müvafiq razılaşmanı Yerevanda, Nəqliyyat Nazirliyindən almalıyıq", — deyə Ermənistandan Rusiyaya qeyri-müntəzəm sərnişin daşımaları ilə məşğul olan firmalardan birinin direktoru Anjela Astanosyan bildirib.

"Bir dəfə gediş üçün 150 000 min dram (528 AZN) həcmində vergi tələb edirlər. 150 000 ödəyirsən və sənə sənəd verirlər. Lakin bundan sonra da səni cərimələyə bilərlər. Bu 150 000 mindən əlavə, dolu və boş olmasından asılı olmayaraq hər bir oturacağa görə də 2400 dram (8,45 AZN) tələb edirlər", — deyə digər şirkətin direktoru Artak Knazyan diqqətə çatdırıb.

Sürücülər sərnişin daşımalarını həyata keçirmək üçün lisenziyanın əldə olunması üçün keçirilən tenderlərdən narazıdırlar və onlar bütün daçıyıcılar üçün eyni şərtlərin yaradılması üçün əvvəlki lisenziya sisteminə qayıtmağı tələb edirlər.

  • Yerevanda etirazlar
    Yerevanda etirazlar
    © Sputnik / Asatur Yesayants
  • Yerevanda etirazlar
    Yerevanda etirazlar
    © Sputnik / Asatur Yesayants
  • Yerevanda etirazlar
    Yerevanda etirazlar
    © Sputnik / Asatur Yesayants
  • Yerevanda etirazlar
    Yerevanda etirazlar
    © Sputnik / Asatur Yesayants
1 / 4
© Sputnik / Asatur Yesayants
Yerevanda etirazlar

Hazırda hökumətin binası qarşısına toplaşan sürücülər baş nazir Nikol Paşinyanla görüş tələb edirlər. Onların sözlərinə görə, bu problemi yalnız danışıqlar yolu ilə həll etmək olar.

Əlaqədar

Rəsmi Bakı Yerevana cavab verdi: Danışıqlara hazırıq
Yerevanı yenidən etirazlar aksiyaları və istefa tələbləri bürüyür
Moskvadan Yerevana teleqram göndərildi
Avropa Şurasından Yerevana kritik zəng
Teqlər:
daşıyıcı şirkət, etiraz aksiyası, dram, lisenziya, avtobus, Ermənistan, Rusiya, sürücü, manat

Əsas mövzular