Generallar İŞİD-i necə məğlub etməyin yollarını müzakirə etdilər

© AFP 2023 / ADEM ALTAN Türkiyə Silahlı Qüvvələrin Baş Qərargah rəisi Hulusi Akar, 16 iyul 2016-cı il
Türkiyə Silahlı Qüvvələrin Baş Qərargah rəisi Hulusi Akar, 16 iyul 2016-cı il - Sputnik Azərbaycan
Abunə olmaq
Türkiyə və ABŞ-ın Baş Qərargah rəisləri arasında telefon danışığı olub

BAKI, 2 iyun — Sputnik. Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Hulusi Akarla ABŞ-ın Baş Qərargah rəisi Cozef Danford arasında telefon danışığı olub.

Sputnik Azərbaycan "Haber7"ə istinadla xəbər verir ki, ABŞ-ın Baş Qərargahın sözcüsü Patrik Rayder bildirib ki, iki komandan İŞİD-in məğlubiyyəti də daxil olmaqla Suriya məsələsi ilə bağlı davam edən müzakirələrdən danışıblar.

Sözcü deyib ki, Türkiyə ilə ABŞ NATO-nun açar üzvləridir. İki ölkə arasında hərbi əlaqələr güclüdür.

Qeyd edək ki, bu ilin iyunun 4-də Vaşinqtonda ABŞ-Türkiyə əlaqələrinə dair danışıqlar aparılacaq.

Xəbər lenti
0