Metro pulsuz oldu – İlginc səbəb

© AFP 2023 / JUAN BARRETO Karakasda metro stansiyası, arxiv şəkli
Karakasda metro stansiyası, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Qeyd edək ki, hər gün Karakas metrosundan 2 milyondan çox insan istifadə edir

BAKI, 1 iyun — Sputnik. Venesuela paytaxtı Karakasda 53 metronun stansiyası sərnişinlər üçün pulsuz olub. Sputnik Azərbaycan xəbər verir ki, buna səbəb metro üçün biletlərin hazırlanmasının mümkünsüzlüyü olub.

Belə ki, Karakas metrosu biletlərin çapı üçün xammalı xaricdən alır. Lakin iqtisadi böhranla əlaqədar öz valyuta rezervlərində qənaət etməyə məcbur olan ölkə bir ildən artıqdır ki, nəqliyyat şirkətinə xammalın alınması üçün pul ayırmır.

Nəticədə ölkə stansiyalarının rəhbərləri sərnişinlər üçün girişin pulsuz olması barədə tapşırıq veriblər.

Qeyd edək ki, hər gün Karakas metrosundan 2 milyondan çox insan istifadə edir.

Xəbər lenti
0