23:03 23 İyul 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0009
  • RUB0.0231
DÜNYA
Qısa URL
162 0 0

İspaniyanın əsas müxalifət təşkilatı olan Sosialist Partiyası hakim Xalq Partiyasını korrupsiyada ittiham etmişdi

BAKI, 1 iyun — Sputnik. İspaniya Konqresinin deputatları (parlamentin aşağı palatası) Xalq Partiyasının hökuməti Mariano Rahoya etimadsızlıq votumu təqdim edib. Sputnik Azərbaycan xarici mətbuata istinadən xəbər verir ki, ölkənin yeni baş naziri İspaniya sosialist işçi partiyasının lideri Pedro Sançes olacaq.

Parlamentdə hökumətin istefaya göndərilməsinin lehinə 180 deputat səs verib.

Qeyd edək ki, bu İspaniya hökuməti tərəfindən 1970-ci illərin sonlarından, demokratiyanın bərpasından sonra parlament tərəfindən hökumətə göstərilən ilk etimadsızlıq halıdır.

Rahoy 2011-ci ilin dekabrından İspaniyanın baş naziri olub. Nazirlər kabinetinin hazırkı heyəti 2016-cı ilin noyabrında formalaşdırılıb.

İspaniyanın əsas müxalifət təşkilatı olan Sosialist Partiyası hakim Xalq Partiyasını korrupsiyada ittiham etmişdi.

Qeyd edək ki, Mariano Rahoy ölkə tarixində Kataloniya separatçılarına qalib gələn baş nazir kimi qalacaq.

Teqlər:
Mariano Rahoy, İspaniya, baş nazir, istefa

Əsas mövzular