SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ermənistan XİN İranla münasibətləri şərh etdi

© Photo : official site of the Prime minister of RAМинистр иностранных дел Армении Зограб Мнацаканян
Министр иностранных дел Армении Зограб Мнацаканян - Sputnik Azərbaycan
Abunə olmaq
"Yerevan Tehranla münasibətlərin vacibliyini həmişə vurğulayır"

BAKI, 31 may — Sputnik. Rəsmi Tehranla münasibətlər İrəvan üçün həyatı əhəmiyyət malikdir. Sputnik Ermənistan xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Zöqrab Mnaçakanyan "Ermənistan" telekanalına müsahibəsində ABŞ-ın İrana qarşı sanksiyaların tətbiqi məsələsini şərh edərkən bildirib.

Nazir qeyd edib ki, Ermənistan vaxtında öz mövqeyini açıqlayıb və İranla nüvə sazişini dəstəkləyib: "İranla əlaqələr bizim üçün həyati əhəmiyyətə malikdir. Bizim onlarla formalaşdırılmış qarşılıqlı əlaqələrimiz var. Bu məsələ bizim üçün çox əhəmiyyətlidir. Ermənistan bu məsələni ABŞ-la əməkdaşlığa uyğunlaşdırır".

Nazir vurğulayıb ki, Yerevan Tehranla münasibətlərin vacibliyini həmişə qeyd edir.

Xəbər lenti
0