SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

İsraildən Əsədə qarşı gözlənilməz addım

© AFP 2023 / Jalaa Mareyİsrail əsgəri
İsrail əsgəri - Sputnik Azərbaycan
Abunə olmaq
Əmmanda İordaniyanın vasitəçiliyi ilə İran və İsrail nümayəndələri arasında gizli görüş baş tutub

BAKI, 31 may — Sputnik. İsrail öz şimal sərhədlərinə Suriya hökumət qüvvələrinin yerləşdirilməsinə razılıq verib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə İsrail Televiziyasının İkinci kanalı adı çəkilməyən yüksək rütbəli məmura istinadən məlumat yayıb.

Məlumata əsasən razılıq Rusiyanın vasitəçiliyi əldə olunub.

"Razılığa əsasən Əsəd ordusu İsraillə sərhəddə yerləşən mövqelərə yerləşdiriləcək, bunun qarşılığında ruslar söz verirlər ki, orada İran və "Hizbullah" üzvləri olmayacaq", — deyə məlumatda bildirilir. 

Ankara şəhəri, arxiv şəkli - Sputnik Azərbaycan
Ankara Fələstini tək qoydu: Qüds məsələsində geri addım

Qeyd edək ki, Rusiya xarici işlər naziri Sergey Lavrov bəyan etmişdi ki, Suriyanın cənub sərhədlərində yalnız hökumət qüvvələri olacaq.

Xatırladaq ki, ötən həftə Əmmanda İordaniyanın vasitəçiliyi ilə İran və İsrail nümayəndələri arasında gizli görüş baş tutub.

"Elaf" nəşrinin məqaləsində iddia olunur ki, görüş zamanı iranlılar Suriyanın cənubunda – Deraa və Kuneytra vilayətlərində, İsraillə sərhəd ərazilərdə hərbi əməliyyatlarda iştirak etməyəcəyinə dair söz veriblər. Öz növbəsində İsrail tərəfi əgər İran qüvvələri və Livan "Hizbullah"ı iştirak etməyəcəyi təqdirdə hərbi əməliyyatlara müdaxilə etməyəcəklərinə vəd veriblər.

Nəşr vurğulayır ki, İsrail tərəfi danışıqların belə tez bitməsinə görə təəccüblənib.

Rəsmi Əmman İran – İsrail danışıqları barədə Dəməşq və Moskvanı məlumatlandırıb. Rusiya tərəfi is öz növbəsində İordaniya və İsrail tərəfinə iranlılar və "Hizbullah"ın Suriyanın cənubunda döyüşlərdə iştirak etməyəciyinə dair zamin durub.

Xəbər lenti
0