Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Milyarder başqa ölkənin vətəndaşlığını aldı

© AFP 2023 / STRRusiyalı biznesmen Roman Abramoviç
Rusiyalı biznesmen Roman Abramoviç - Sputnik Azərbaycan
Abunə olmaq
İsrail vətəndaşlığı Abramoviçə Böyük Britaniya da daxil olmaqla onlarla ölkəyə vizasız getməyə verir

BAKI, 29 may — Sputnik. Rusiyalı biznesmen Roman Abramoviç Təl-Əvivə gedərək İsrail pasportu əldə edib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "Y-net" nəşri yazıb.

Milyarderin vətəndaşlıq aldıqdan sonra dərhal İsraili tərk etdiyi bildirilir. Rusiyalı biznesmen İsraildə cəmi bir neçə saat qalıb.

İsrail vətəndaşlığı Abramoviçə Böyük Britaniya da daxil olmaqla onlarla ölkəyə vizasız getməyə verir.

Rusiyalı milyarder İsraildə yüksək texnologiya şirkətlərinə investisiya edib, kommersiya mülkü var və xeyriyyəçiliklə məşğul olub.

Xəbər lenti
0