Müharibədə itən təyyarənin qalıqları tapıldı

© © AP PhotoTəyyarənin qalıqları
Təyyarənin qalıqları - Sputnik Azərbaycan
Abunə olmaq
Pilotun ailəsi isə bu hadisədən illər sonra xəbər tutub.

BAKI, 29 may — Sputnik. 74 il əvvəl itən döyüş təyyarəsi tapılıb.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, II Dünya Müharibəsi zamanı Sakit okeana düşən ABŞ döyüş təyyarəsinin qalıqları tapılıb. Pilotun ailəsi isə bu hadisədən illər sonra xəbər tutub.

Təyyarə Project Recover könüllü qrupunun uzaqdan idarə edilən sualtı kamerası vasitəsilə aşkar edilib.

© © AP Photo1944-cü ildə itkin düşmüş B-24 bombardman təyyarəsi
1944-cü ildə itkin düşmüş B-24 bombardman təyyarəsi - Sputnik Azərbaycan
1944-cü ildə itkin düşmüş B-24 bombardman təyyarəsi

ABŞ-dan olan pilot, leytenant Tom Kellinin idarə etdiyi təyyarə suyun altında 70 metr dərinlikdə tapılıb. Təyyarə müharibənin davam etdiyi 1944-cü ildə Kaliforniyadan havaya qalxıb. Həmin vaxtdan sonra Kellidən xəbər ala bilməyən ailəsi 74 il sonra onun ölümü barədə məlumat alıb.

Xəbər lenti
0