İsrail bərk qorxuya düşüb, Türkiyə "F-35"ləri onları narahat edir

© AFP 2023 / JACK GUEZ "F-35" qırıcı təyyarəsi
F-35 qırıcı təyyarəsi - Sputnik Azərbaycan
Abunə olmaq
İsrail Türkiyəyə göndərilməsi planlaşdırılan "F-35" qırıcılarına görə narahatdır

BAKI, 28 may — Sputnik. İsrail Türkiyəyə göndərilməsi planlaşdırılan "F-35" qırıcılarına görə narahatdır.

Sputnik Azərbaycan "Hürriyet"ə istinadla xəbər verir ki, bu barədə İsrailin "Haaretz" qəzeti məlumat yayıb.

Həmçinin, qəzet "F-35"-lərin qabiliyyətini yüksəldəcək texnologiyanın Türkiyəyə verilməsini əngəlləmək üçün İsrailin amerikalı rəsmilərlə görüş keçirdiyini də yazıb.

Rəsmi mənbə İsrailin "F-35"-lərə malik yeganə Yaxın Şərq ölkəsi olmağı qarşısına məqsəd qoyduğunu və bu səbəbdən Türkiyəyə göndəriləcək "F-35"lər məsələsində ABŞ ilə yaxın təmasda olduğunu bildirib.

Истребитель-бомбардировщик пятого поколения F-35 - Sputnik Azərbaycan
Türkiyə seçim edir: Su-57, yoxsa F-35

Həmin rəsmiyə görə, İsrail "F-35"ə dair detalların digər ölkələrə sızmasını istəmir. Həmçinin, "F-35"-lərin qabiliyyətini yüksəldəcək texnologiyanın Türkiyəyə verilməsinin qarşısını almaq istəyir.

Qeyd edək ki, hazırda ABŞ və Türkiyə arasında "F-35"-lər məsələsində problemlər var. ABŞ Nümayəndələr Palatasında qəbul edilən və Türkiyəyə F-35 döyüş təyyarəsi satışının təxirə salınmasını da ehtiva edən layihəylə bağlı Türkiyədən sərt açıqlama gəlmişdi. Türkiyənin Xarici İşlər Nazirliyi sözçüsü Aksoy ABŞ-ın F-35 döyüş təyyarələrinin satışını təxirə salacağı təqdirdə qarşılıq veriləcəyini deyib. Aksoy deyib ki, ABŞ, qırıcıların verilməsində "S-400" müdafiə sistemindən əl çəkmək və amerikalı keşiş Brunsonın sərbəst buraxılması şərtini ortaya qoyur.

"Almalarla armudları eyni səbətə qoymağa çalışırlar, bu doğru deyil"-deyə Aksoy qeyd edib.

Xəbər lenti
0