04:48 10 Dekabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0267
  • EUR1.8796
Ər-Riyad şəhəri

Səudiyyə şahzadəsi ölüm ayağındadır?

© REUTERS / Faisal Al Nasser
DÜNYA
Qısa URL
314 0 0

Səudiyyə Ərəbistanın vəliəhd şahzadəsinin ötən ay atəş nəticəsində yaralandığı iddia edilib

BAKI, 28 may — Sputnik. Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın aprelin 21-də kral sarayına edilən hücum nəticəsində yaralandığı iddia edilib. 

Sputnik Azərbaycan "Haber7"ə istinadla xəbər verir ki, bunu Livanda İslami Dirçəliş Partiyasının baş katibi Məhəmməd al-Mas'ari deyib. Livanda "Hizbullaha" yaxın televiziya kanalı olan "Al Mayadeen"ə danışan baş katib Salmanın aprelin 21-də bir güllə ilə yaralandığını söyləyib. O, məlumatı kral ailəsinin daxilindəki mənbələrin sızdırdığını bildirib. 

O, Salmanın media qarşısına çıxaraq dövlət çevrilişi cəhdini təkzib etməyi də planlaşdırdığını qeyd edib. 

Qeyd edək ki, Ər-Riyadda 21 apreldə kral sarayının qabağında ağır odlu silah səslərinin eşitdildiyi məlumatı yayılıb. Dövlət televiziyası isə bunu təkzib edib. 

Əsas mövzular