Dənizdən 18 milyard dollarlıq xəzinə tapılıb

© Photo : REMUS image, Woods Hole Oceanographic InstitutionSan Xose gəmisinin qalıqları, 2015-ci il
San Xose gəmisinin qalıqları, 2015-ci il - Sputnik Azərbaycan
Abunə olmaq
Avropaya gedən gəmi Karib dənizində batırılıb və üç əsr boyunca suyun altında qalıb

BAKI, 27 may — Sputnik. 2015-ci ildə tapılan xəzinə ilə dolu gəminin üzərində aparılan araşdırma başa çatıb.

Sputnik Azərbaycan Seanews-a istinadən xəbər verir ki, mütəxəssislər onun İspaniya donanmasına aid “San Jose” adlı gəmi olduğunu təsdiqləyiblər.

Məlumata görə, sözügedən gəmi 1708-ci ildə Amerika qitəsindəki xəzinəni Avropaya daşıyarkən Karib dənizində batırılıb və üç əsr boyunca dənizin altında qalıb.

“San Jose”-nin qalıqları arasında tarixin ən böyük xəzinəsi tapılıb. Qızıl və digər əşyalardan ibarət olan xəzinənin hazırkı ümumi dəyərinin 4-18 milyard dollara bərabər olduğu bildirilib.

Xəbər lenti
0