03:30 14 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0251
  • EUR1.9117
İvan Qroznı və onun oğlu İvan ekspozisiyası

Rusiyanın ən məşhur tarixi əsərini zədələdilər

© Sputnik /
DÜNYA
Qısa URL
54 0 0

Xoşbəxtlikdən çarın və şahzadənin əlləri və üzünün təsviri zərər görməyib

BAKI, 26 may — Sputnik. Rusiyanın Dövlət Tretyakovsk qalereyasında saxlanılan İlya Repinin "İvan Qroznı və onun oğlu İvan" ekspozisiyasına zərər vurulub.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, Rusiyanın ən məşhur rəsm əsərlərindən olan bu ekspozisiyanın qorunduğu şüşə sındırılıb. İş götürülərək bərpa edilməsi üçün emalatxanaya verilib. Şüşəni sındıran şəxs saxlanılıb.

"Şəkilə ciddi zərər dəyib. Kətan mərkəz hissədən – şahzadə fiquru tərəfdən 3 yerdən cırılıb. Şüşənin düşməsi şəklin orijinal çərçivəsinə də zərər verib. Xoşbəxtlikdən çarın və şahzadənin əlləri və üzünün təsviri zərər görməyib" – deyə qalereyanın nümayəndələri deyib.

Bərpaçılar təcili olaraq şüşə parçalarını çıxarıb, şəkil və çərçivəni söküblər.

Xatırladaq ki, "İvan Qroznu və onun oğlu İvan 1581-ci il 16 noyabr" (eyni zamanda “İvan Qroznu oğlunu öldürür” adı ilə də tanınır) rusiyalı rəssam İlya Repin tərəfindən 1883-1885 illərdə çəkilib.

1885-ci ildə Tretyakov Qalereyasının banisi Pavel Mixayloviç Tretyakov tərəfindən müəllifindən alınıb. Kətan Tretyakov Qalereyasının daimi ekspozisiyasında təqdim olunur və heç vaxt sərgilər üçün başqa yerə verilə bilməz.

Teqlər:
vandal, rəsm, qalereya, Rusiya

Əsas mövzular